Silviya Plat

Sylvia PlathSilviya Plat müasir Amerika poeziyasının ən böyük simalarından biri hesab edilir. İlk romanı heç bir ay deyildi ki, nəşr olunmuşdu. Bu – “Şüşə qapaq altında” – elə sonuncu romanı oldu. Silviya əsərin nəşrindən bir ay keçməmiş intihar etdi. 

31 yaşı vardı. Yaradıcılıq eşqinin qaynadığı dövr idi. İki uşaq anası olsa da, vaxt tapıb şeirlər yazır və artıq Amerikanın parlayan günəşini tənqidçilər tanımağa başlayırdı.

Lakin o bir andaca bütün bunlara son verdi. Qayğıkeş ana ölümünü dəqiqliklə hazırlamışdı: əvvəlcə uşaqları üçün səhər yeməyi hazırlayır, süd, yağ və s. sonra mətbəxə keçib şəlpəni isladaraq qapının altına dürtür. Yuxu dərmanı qəbul edir, dördgözü açır və başını sobaya soxub yatır…
Davamı →

"Titanik"in batacağını öncədən bilmiş yazıçı

Titanik gemisi nece batib Morgan Robertson dahi yazici«Titanik» gəmisi, 1912

Bəzən gələcək hadisələri kecmiş ədəbiyyatlarda rast gəlinə bilir. Xüsusən, fantastika janrında yazılan əsərlərdə sualtı qayıqlar, hava bombardmanları, videoçəkilişlərin təsvirləri, bunların ixtira edilməsindən xeyli əvvələ təsadüf edir. 

Amma Amerika yazıçısı Morgan Robertson-un (1861-1915) bir əsəri ilə yəqin heç nə müqayisə oluna bilməz.

Söhbət onun 1898-ci ildə yazdığı «Futility» adlı qısa romanından gedir.
Əsərdə sudabatmaz sayılan, amma Atlantik okeanını keçərkən aysberqlə toqquşub məhv olan dəbdəbəli səyahət gəmisindən bəhs edilir. Gəminin adı isə «Titan»dır!!!


Ardı →